KTMT-dən Ermənistanla bağlı AÇIQLAMA
15:01 SiyasətErmənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) heç bir işində iştirak etmir.
Musavat.com xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Taalatbek Masadikov bildirib.
"Ermənistan artıq üç ildir ki, üzvlük haqqını ödəmir. De-fakto, praktik olaraq iştirak etmir, amma de-yure olaraq KTMT-nin tamhüquqlu üzvüdür. Lakin qərar, əlbəttə ki, erməni xalqının və Ermənistan rəhbərliyinin ixtiyarındadır", - deyə o, TASS-ın sualını cavablandırarkən bildirib.
Masadikov qeyd edib ki, KTMT üzvü olan ölkələr respublikanın vəziyyətini və üzvlük haqqını ödəmədiyinə görə səsvermə hüququndan məhrum edilməsini müzakirə edirlər.
"Bəli, bu məsələ müzakirə olunur. Bu yaxınlarda Kazanda Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi və orada xarici işlər nazirləri bu məsələni ətraflı müzakirə etdilər", - deyə o bildirib.