İrandan məmurlara qadağa: Trampın əlini sıxmaq və birgə şəkil çəkdirmək olmaz

İran mətbuatında dövlət rəsmilərinə ABŞ nümayəndələri ilə təmaslardan yayınmaq çağırışı edilib.

Musavat.com xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf mövqeyini əks etdirən "Khorasan" nəşri İslam Respublikasının dövlət qulluqçularını ABŞ rəsmiləri ilə birgə foto çəkdirməkdən və əl sıxmaqdan çəkinməyə çağırıb.

Məlumata görə, xəbərdarlığın səbəbi İsveçrədə imzalanması gözlənilən ikitərəfli memorandumdur. Nəşr yazır ki, mərasimdə ABŞ prezidenti Donald Tramp və ya vitse-prezident Vens iştirak edə bilər.

Məqalədə vurğulanır ki, Ağ Ev İran və ABŞ nümayəndələri arasında baş verə biləcək hər hansı təması kameralar vasitəsilə qeydə almağa çalışacaq. Bu səbəbdən İran nümayəndə heyətinə ABŞ rəhbərliyi ilə "protokol xarakterli" birgə şəkillərdən və şəxsi salamlaşmalardan uzaq durmaq tövsiyə olunub.

Nəşr hesab edir ki, belə görüntülər siyasi və təbliğat məqsədləri üçün istifadə oluna bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31