Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
10:40 SiyasətTürkiyə hakimiyyəti lazımi şərtlər yarandıqda Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır. Musavat.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan 16-17 iyun tarixlərində Rusiyaya səfərindən sonra "Türkiye" qəzetinə açıqlamasında bildirib."Paşinyan hökuməti (normallaşma istiqamətində) çox vacib addımlar atıb. Prezidentimizin göstərişi ilə birbaşa ticarət və uçuşlar da daxil olmaqla bir çox vacib addımlar atılıb. Yeni dövrdə görüləsi işlər də aydındır. Lazımi şərtlər yarandıqda normallaşmaya hazırıq", - deyə Fidan qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31