Prezident İlham Əliyev: Biz infrastruktura çox böyük sərmayələr yatırırıq
18 İyun 10:18 SiyasətBiz infrastruktura çox böyük sərmayələr yatırırıq. Nəinki ölkə daxilində infrastruktura diqqət yetiririk, eyni zamanda, ölkənin hüdudlarından kənarda, beynəlxalq ölçüyə malik infrastruktur layihələri ilə məşğul oluruq.
Bunu Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında deyib.
Dövlətimizin başçısı vurğulayıb ki, biz Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31