Robert Köçəryanın vəkilinin bəyanatı: İttihamların hüquqi əsası yoxdur – ÖZƏL

Olaylar.az xəbər verir ki, Robert Köçəryanın vəkili Aram Orbelyan MSK binası qarşısında jurnalistlərə bəyan edib ki, Ermənistanın ikinci prezidentinə qarşı irəli sürülən ittihamın real cinayət işi ilə heç bir əlaqəsi yoxdur, istintaqın gətirdiyi faktlar isə cinayət tərkibi yaratmır və sənədlərlə tamamilə ziddiyyət təşkil edir. Vəkil qeyd edib ki, sözügedən epizodlar 2004-cü ildə hökumətin qərarı ilə rəsmi təsdiqlənmiş kommersiya sövdələşməsinə və adi torpaq icarəsinə aiddir. Robert Köçəryan və ailəsi həmin vaxt bu prosesdə iştirak etməyib, onun oğlu Sedrak Köçəryan isə şirkətdəki payı xeyli sonra, atasının səlahiyyət müddəti bitdikdən sonra bazar qiymətinə tam qanuni şəkildə alıb. Ərazinin qismən özəlləşdirilməsi daha sonra baş versə də, ittihamnamənin özündə bununla bağlı heç bir qanunsuzluq iddia edilmir. 

Aram Orbelyan bu cinayət təqibini və eyni vaxtda Qaqik Çarukyana qarşı atılan addımları ölkədəki mövcud siyasi konyuktura və müxalifətə təzyiq cəhdləri ilə əlaqələndirib. O, müdafiə tərəfinin materiallarla tam tanış olduqdan sonra bütün qeyri-dəqiqlikləri məhkəmədə qaldıracağını və ittihamların absurdluğunu ictimaiyyətə sübut edəcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31