KTMT-nin baş katibi: Kollektiv Qərb beynəlxalq hüququ manipulyasiya edir ÖZƏL

Kollektiv Qərb beynəlxalq hüququ öz maraqlarına uyğun olaraq manipulyasiya edir və strateji sabitliyin təməllərini sarsıdır. Olaylar.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Taalətbek Masadıkov bildirib.
"Bu gün müasir dünyada getdikcə daha mürəkkəb və gözlənilməz beynəlxalq vəziyyətin şahidi oluruq. Mövcud beynəlxalq təhlükəsizlik arxitekturası qeyri-sabitləşib. Biz kollektiv Qərbin beynəlxalq hüququ öz milli maraqlarına xidmət etmək üçün necə manipulyasiya etdiyini və dünyada strateji sabitliyin təməllərini sarsıtdığını görürük", - deyə o, Minskdə keçirilən "Milli Təhlükəsizlik. Belarus 2026" sərgisinin açılış mərasimində bildirib.

O qeyd edib ki, "bu sahədə əsas razılaşmaların ləğvi və mövcud silah nəzarəti sisteminin yenidən formatlanması, o cümlədən KTMT üzv dövlətləri üçün təhlükəsizlik problemlərinin və risklərinin artmasına səbəb olub"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31