Avropa İttifaqında "Taxt oyunları": Fon der Leyen və Kallas arasında səlahiyyət savaşı – ÖZƏL
13:12 SiyasətOlaylar.az xəbər verir ki, Avropa İttifaqında (Aİ) Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ittifaqın xarici siyasət rəhbəri Kaya Kallas arasında xarici siyasət kursuna nəzarət uğrunda ciddi mübarizə alovlanıb və bu durum diplomatik dairələrdə kəskin tənqidlərə yol açıb. Diplomatlar bu rəqabəti məşhur "Taxt oyunları" serialına bənzədirlər.
Məlumata görə, Kallas yalnız Ukrayna münaqişəsinə diqqət ayırmaqda və Yaxın Şərqdəki böhranı arxa plana atmaqda ittiham olunur. Digər tərəfdən, fon der Leyen öz səlahiyyətlərini aşaraq xarici siyasətdə təsirini davamlı şəkildə artırmağa çalışmaqda günahlandırılır. Bu çəkişmə fonunda Avropa Komissiyası ilə Aİ-nin diplomatik xidməti arasında gərginlik pik həddə çatıb. Paris, Berlin və digər Avropa paytaxtları isə Kallasın struktur daxilindəki roluna yenidən baxmağı və onun bəzi səlahiyyətlərini məhdudlaşdırmağı nəzərdən keçirirlər.