Rusiya Silahlı Qüvvələrində döyüşmüş əcnəbilərin deportasiyasını qadağan edilib- ÖZƏL
13:01 SiyasətFederasiya Şurası plenar iclasda Rusiya Silahlı Qüvvələri ilə döyüş əməliyyatlarında iştirak edən əcnəbilərin Rusiyadan deportasiyasını qadağan edən qanunu təsdiqləyib. Yeni müddəalar müqavilə əsasında xidmət etmiş və ya xidmət etməyə davam edən xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə, eləcə də Rusiya Silahlı Qüvvələrinin və ya digər Rusiya hərbi birləşmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak edənlərə şamil edilir. Təsdiq edilmiş qanuna əsasən, bu cür əcnəbilər Rusiyadan deportasiya edilə bilməz. Bundan əlavə, onlara müvəqqəti yaşayış icazəsi, yaşayış icazəsi və ya iş icazəsi verilə bilməz. Bu sənədlər də ləğv edilə bilməz. Olaylar.az xəbər verir ki, xəbəri TASS agentliyi yayıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31