Ursula fon der Leyen 2029-cu ildə növbəti müddətə namizədliyini irəli sürməyəcək – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Politico" nəşrinin mənbələrinə görə, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen 2029-cu ildə üçüncü müddətə seçilmək niyyətində deyil. 

Bildirilir ki, AK sədrinin kabinet rəhbəri Byorn Zaybert bu barədə yüksək rütbəli məmurlarla qapalı şam yeməyində məlumat verib. Bu bəyanatın məqsədi Avropa Komissiyasının departamentlərində planlaşdırılan struktur dəyişikliklərinin hakimiyyətin hazırkı rəhbərin əlində mərkəzləşdirilməsi iddiaları ilə bağlı narahatlıqları aradan qaldırmaq olub. Avropa İttifaqının təsis müqavilələri komissiya sədrinin səlahiyyət müddətinə məhdudiyyət qoymasa da, növbəti seçkilər zamanı fon der Leyenin 70 yaşı tamam olacaq. Bundan əvvəl isə qurumda regional və sosial fondları idarə edəcək yeni investisiya direktorluğunun yaradılmasının planlaşdırıldığı, bunun da fon der Leyenin rəhbərlikdəki nüfuzunu daha da gücləndirəcəyi barədə xəbərlər yayılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31