Şalva Papuaşvili Salome Zurabişvilinin mükafatlandırılmasını tənqid edib – ÖZƏL
12:08 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili "Freedom House" təşkilatının ölkənin 5-ci prezidenti Salome Zurabişviliyə Mark Palmer adına mükafat verməsini şərh edərək, onu "xarici maraqların nümayəndəsi" adlandırıb. Papuaşvili Palmerin ABŞ diplomatı və "rəngli inqilablar"ın ideoloqu olduğunu iddia edərək, Zurabişvilinin bu mükafatı Gürcüstanda xarici qüvvələrin maraqlarını ötürdüyünə görə layiqincə aldığını istehza ilə bildirib. Digər tərəfdən, Zurabişvilinin mətbuat xidməti bu mükafatın onun Gürcüstanın Avropa kursunun və demokratik dəyərlərinin qorunmasındakı prinsipial liderliyinə görə verildiyini açıqlayıb.
Papuaşvili həmçinin Brüsselin ölkənin daxili qanunvericiliyinə reaksiyalarına da toxunub. O, xüsusilə ailə dəyərləri ilə bağlı qanun barədə Gürcüstan Pravoslav Kilsəsinin mövqeyini dəstəklədiklərini vurğulayaraq, "Brüssel ilə Gürcüstan kilsəsi arasında seçim etməli olduqda, biz kilsəni seçirik. Brüssel bundan inciyirsə, gedib soyuq su içsinlər" bəyanatını verib.