BMT-nin nüfuzu kifayət qədər qorunmur – Çin XİN rəhbəri – ÖZƏL
10:39 SiyasətOlaylar.az xəbər verir ki, Çinin xarici işlər naziri Van İ keçirdiyi mətbuat konfransında bəyan edib ki, bu gün çoxtərəfliliyin zəifləməsi BMT-nin əhəmiyyətini itirməsi ilə deyil, onun nüfuzunun və rolunun yetərincə qorunmaması ilə bağlıdır. Diplomatın sözlərinə görə, dünya düzəninin "cəngəllik qanunları"na qayıtmaq təhlükəsi BMT Nizamnaməsinin köhnəlməsindən deyil, ona düzgün əməl edilməməsindən qaynaqlanır.
Van İ qlobal idarəetmədəki çatışmazlıqları aradan qaldırmaq üçün təşkilatın mərkəzi rolunun dəstəklənməsini, həmçinin Qlobal Cənub ölkələrinin təmsilçiliyini və səs hüququnu artırmaq məqsədilə BMT-də islahatların sürətləndirilməsini zəruri hesab edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31