Gürcüstan və Aİ arasında dialoqun bərpası üçün Lüksemburqdan dəstək istənilib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Lüksemburqa səfəri çərçivəsində bu ölkənin rəsmi şəxslərindən Avropa Komissiyası qarşısında Gürcüstanla dialoqun yenidən başladılması məsələsini qaldırmağı xahiş edib. Lüksemburq parlamentinin Xarici işlər və Müdafiə komitələrinin rəhbərləri, həmçinin Xarici İşlər Nazirliyinin rəsmiləri ilə keçirilən görüşlərdə regional təhlükəsizlik, Gürcüstanın avrointeqrasiyası və Cənubi Qafqazda sülhün bərqərar olunmasındakı rolu müzakirə edilib. 

Samxaradze bildirib ki, Gürcüstan tərəfi dialoqun dayandırılmasına rəsmi səbəb olan "Xarici təsirin şəffaflığı haqqında" qanun da daxil olmaqla, bütün kritik məsələləri istənilən formatda müzakirə etməyə hazırdır. Lüksemburq tərəfinin bu mövqeyə konstruktiv yanaşdığını qeyd edən komitə sədri, payızda Gürcüstan parlamentinin spikerinin də bu ölkəyə səfər edəcəyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31