Aİ miqrant mərkəzləri üçün 20 milyard avro ayırmağı planlaşdırır – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Financial Times" qəzetinin mənbələrinə istinadən yaydığı məlumata görə, Avropa İttifaqı ölkələri birliyin hüdudlarından kənarda miqrant mərkəzlərinin maliyyələşdirilməsi üçün 20 milyard avro ayırmağı nəzərdə tutur. Miqrasiya nəzarətinin "autsorsinqə" verilməsi layihəsinin 2028-2034-cü illərin büdcəsinə daxil edilməsi planlaşdırılır və bu məbləğ Aİ-nin xarici siyasət büdcəsinin təxminən 10%-ni təşkil edəcək. 

Layihəyə əsasən, sığınacaq müraciətinə rədd cavabı alan miqrantlar deportasiya prosesi başa çatana qədər Aİ-dən kənarda yaradılacaq xüsusi düşərgələrdə saxlanılacaqlar. Sənədin yaxın həftələrdə Avropa İttifaqı Şurası və Avropa Parlamenti tərəfindən rəsmən təsdiqlənməsi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31