Çinə səfər edəcək mediatorların növbəti qrupu ilə görüş keçirilib

Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında insan resurslarının inkişafı sahəsindəki əməkdaşlıq çərçivəsində Çin Xalq Respublikasında təşkil edilən növbəti seminarlarda Azərbaycan Respublikasının Mediasiya Şurasını daha 4 nəfər mediator təmsil edəcəkdir. Şuradan "Olaylar"a bildirilib ki, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov seminarda iştirak edəcək mediatorlarla görüşüb. Görüşdə bu seminarlara qatılacaq mediatorlarla təlimat qaydaları əsasında söhbət və müzakirə aparılıb, onlar bu mötəbər seminarlarda iştirakları münasibətilə təbrik edilib. 
Daha öncəki qrup ilə qeyd edilən seminarlarda iştirakını tamamlayan Region Mediatorları Ağsaqqallar Şurasının sədri, Sabirabad 1 saylı Mediasiya Təşkilatının direktoru Musa Ramazanov isə səfərlə bağlı xoş təəssüratlarını və səfər təcrübəsini səfər edəcək mediatorlarla bölüşüb.
Çin Xalq Respublikasında təşkil ediləcək seminarlarda Mediasiya Şurasını mediatorlar - Nahid Atluxanov, Ramin İsayev, Pəri Əhmədova və Zərifə Mustafayeva təmsil edəcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31