İrakli Kobaxidze ABŞ və İran arasındakı anlaşmanı alqışlayıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında memorandum üzrə əldə olunmuş razılığı yüksək qiymətləndirib. 

Sosial şəbəkə hesabında paylaşım edən hökumət başçısı prosesə töhfə verən vasitəçilik səylərini alqışlayıb və bu mühüm addımın gələcəkdə hərtərəfli sülh sazişinə, eləcə də münaqişənin uzunmüddətli həllinə yol açacağına ümid etdiyini bildirib. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İzlənilən razılaşma nəticəsində İrana qarşı dəniz blokadasının qaldırılacağını və Hörmüz boğazının açılacağını bəyan edib. Baş vasitəçi qismində çıxış edən Pakistan tərəfi isə rəsmi imzalama mərasiminin 19 iyun cümə günü İsveçrədə baş tutacağını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31