Ünal Üstel: "KKTC Türk dünyasının ayrılmaz bir parçasıdır" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Bakıda keçirilən Şimali Kipr Mədəniyyət Günləri çərçivəsində təşkil olunmuş mətbuat konfransında KKTC Baş naziri Ünal Üstel, Baş nazirin müavini, turizm, mədəniyyət, gənclik və ətraf mühit naziri Fikri Ataoğlu və xarici işlər naziri Tahsin Ərtoğruloğlu iştirak ediblər. Nazir Fikri Ataoğlu ölkəsinin mədəniyyətini və qastronomiyasını Azərbaycanda ən yüksək səviyyədə tanıtdıqlarını bildirərək, iki ölkə arasında qurulan körpünün qarşılıqlı inkişafının önəmini vurğulayıb və hamını Şimali Kiprə dəvət edib. Baş nazir Ünal Üstel isə çıxışında bu tədbirin sadəcə bir mədəniyyət layihəsi olmadığını, eyni zamanda ortaq tarix, dil və dəyərlərə əsaslanan "Bir millət, üç dövlət" anlayışı ilə qardaşlıq və tale birliyini möhkəmləndirdiyini qeyd edib. 

Azərbaycanın 15 İyun - Milli Qurtuluş Gününü təbrik edən Üstel, Azərbaycanın yüksəlişinin bütün Türk dünyasının qüruru olduğunu bildirib. Kıbrıs məsələsinə də toxunan Baş nazir, adada iki ayrı xalq və iki ayrı dövlət reallığının artıq qəbul edilməli olduğunu, iki dövlətli həll vizyonunun mövcud reallığın təbii nəticəsi olduğunu vurğulayıb və bu müddətdə Azərbaycanın verdiyi dəstəyi yüksək qiymətləndirib. KKTC-nin Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv statusu qazanmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin güclü dəstəyinin həlledici rol oynadığını bildirən Üstel, Bakı səfəri çərçivəsində turizm, təhsil, iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlığı inkişaf etdirmək üçün mühüm görüşlər keçirdiklərini bəyan edib. 

Ünal Üstel mədəniyyət körpülərinin gələcəkdə əlaqələri daha da irəli aparacağına inandığını ifadə edərək, "KKTC Türk dünyasının ayrılmaz bir parçasıdır" fikri ilə çıxışını yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31