İran: Raket proqramı və müttəfiqlərə dəstək məsələsi müzakirə edilməyəcək – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın "Mehr" agentliyinin yaydığı məlumata görə, rəsmi Tehran ilə ABŞ arasında münaqişəyə son qoyulmasını nəzərdə tutan memorandum layihəsində ölkənin raket proqramı və regional müttəfiqlərinə ("müqavimət qruplarına") verdiyi dəstək yer almayacaq. Agentlik bu iki mühüm məsələnin danışıqlar gündəliyindən tamamilə çıxarıldığını bildirib.

Xatırladaq ki, cari ilin fevralında ABŞ və İsrailin İrandakı obyektlərə endirdiyi zərbələr nəticəsində 3 mindən çox insan həyatını itirmiş, aprelin 8-də isə tərəflər arasında rəsmi atəşkəs elan olunmuşdu. Hazırda tərəflər arasında çərçivə memorandumunun razılaşdırılması istiqamətində danışıqlar davam etsə də, qarşılıqlı lokal zərbələrin endirilməsi halları hələ də müşahidə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31