Lukaşenko "Əl-Ərəbiyyə" televiziyasına verdiyi müsahibədə ABŞ və Aİ ilə əlaqələrdən danışıb- ÖZƏL
15:08 SiyasətOlaylar.az xəbər verir ki, BelTA xəbər agentliyinin verdiyi məlumata görə , Belarus Prezidenti Aleksandr Lukaşenko Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" televiziya kanalına müsahibə verib .
Bir saat yarım ərzində Belarus lideri Yaxın Şərq və Ukraynadakı münaqişələr, mövcud ziddiyyətlərin həlli yollarının axtarışı və sülh yolu ilə həll perspektivləri ilə bağlı iyirmi dörd sualı cavablandırdı.
Bəyanatda qeyd olunur ki, Lukaşenko, xüsusən də dünyada baş verən qlobal dəyişikliklərlə bağlı fikirlərini bölüşüb, ABŞ və Aİ ölkələri ilə əlaqələrdən danışıb və bir sıra Avropa ölkələrinin militarizasiyasına münasibət bildirib. Müsahibədə Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məsələsinə də toxunulub
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31