“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin əsasını qoyub
12:06 Siyasət"Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında əsaslı dönüş baş verib. Həyata keçirilən islahatlar nəticəsində iqtisadi tənəzzül qısa müddətdə aradan qaldırılıb, torpaq islahatları aparılıb və ölkədə yeni mülkiyyət münasibətləri formalaşıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası çərçivəsində baş tutan plenar iclasında deputat Vüqar Bayramov deyib: "1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin əsasını qoyub. Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhfə verən ölkələrdən biridir. Eyni zamanda, enerji resursları ölkəmizin müstəqil xarici siyasət imkanlarını daha da gücləndirib. İqtisadi göstəricilər də həyata keçirilən siyasətin nəticələrini aydın şəkildə nümayiş etdirir.1993-cü ildə ÜDM-in 7,1 faizini təşkil edən büdcə kəsiri 2002-ci ildə 0,4 faizə qədər azaldılıb. Sosial müdafiə və sosial təminat xərclərinin büdcədəki payı isə 8,5 faizdən 20,4 faizə yüksəlib".