Heydər Əliyev Naxçıvanın işğalının qarşısını aldı - Deputat
12:04 Siyasət"Heydər Əliyev olmasaydı Naxçıvan işğal olunardı. Heydər Əliyevin 1990-cı ildə Naxçıvana qayıdışı Azərbaycanın gələcək taleyi baxımından həlledici rol oynayıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası çərçivəsində baş tutan plenar iclasında deputat Elman Nəsirov deyib: "Həmin dövrdə Heydər Əliyevin Naxçıvanda hakimiyyətə gəlməsi muxtar respublikanın işğal olunmasının qarşısını alıb. Bircə Heydər Əliyevin hakimiyyətə gəlişi imkan vermədi ki, Naxçıvan ermənilər tərəfindən işğal edilsin. Halbuki Naxçıvanı işğal etmək digər ərazilərimizlə müqayisədə daha asan idi. Heydər Əliyevin sonradan Azərbaycanda hakimiyyətə qayıdışı ölkənin parçalanmasının və vətəndaş müharibəsinin qarşısını almağa imkan verib".