Gürcüstan və Qırğızıstan arasında yeni loqistika dövrü: Baş nazirin bəyanatı – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan Baş naziri İrakli Kobaxidze Qırğızıstana reallaşdırdığı səfərin iki ölkə arasında ilk yüksəksəviyyəli təmas kimi tarixi əhəmiyyət daşıdığını və ikitərəfli münasibətlərə yeni impuls verəcəyini bəyan edib. Prezident Sadır Japarovla görüşdən sonra danışan Baş nazir rəsmi Bişkekin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi daimi dəstəyi yüksək qiymətləndirib, həmçinin Qırğızıstanı 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib. Səfər çərçivəsində iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ikinci iclasının keçirildiyini bildirən Kobaxidze ticarət dövriyyəsinin artırılması və birbaşa aviareyslərin açılması ilə turizm potensialının gücləndirilməsinin vacibliyini qeyd edib. 

Danışıqlarda əsas diqqət nəqliyyat və logistika sahələrinə ayrılıb; tərəflər "Orta Dəhliz"in inkişafı, əlavə yük axınının cəlb edilməsi və Mərkəzi Asiyanı regionla bağlayacaq "Çin-Qırğızıstan-Özbəkistan" dəmir yolu layihəsinin əhəmiyyətini vurğulayıblar. Görüşün sonunda gələcək sıx əməkdaşlığın hüquqi bazasını təşkil edən birgə bəyanat və ikitərəfli sənədlər imzalanıb, Baş nazir isə Qırğızıstan Prezidentini Gürcüstana rəsmi səfərə dəvət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31