Qarabağın azad olunması öz başlanğıcını Heydər Əliyevin tarixi qayıdışından götürür-Vitse spiker

"Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində ən mühüm hadisələrdən biridir və bu günün əsas mahiyyəti Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlıdır. Heydər Əliyevin tarixi qayıdışı olmasaydı, Azərbaycanın tarixi başqa cür olardı".  "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası çərçivəsində baş tutan plenar iclasında parlament sədrinin birinci müavini Əli Əhmədov deyib: "Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın Heydər Əliyev kimi tarixi şəxsiyyətlə birləşməsi dövlət müstəqilliyinin qorunub saxlanılmasında həlledici rol oynayıb. Heydər Əliyevin tarixi qayıdışı olmasaydı, Azərbaycanın müasir tarixi tamamilə başqa istiqamətdə inkişaf edə bilərdi. Bu gün malik olduğumuz nailiyyətlər də fərqli şəkildə formalaşardı.Qurtuluş məfkurəsi yalnız keçmişə aid anlayış deyil, həm də Azərbaycanın bu günü və gələcəyini müəyyənləşdirən amillərdən biridir. Ölkənin əldə etdiyi uğurlar, o cümlədən Qarabağın işğaldan azad olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyevin müəyyən etdiyi strateji xətt əsasında həyata keçirilən siyasətin nəticəsidir. Azərbaycanın tarixi qələbəsi və Qarabağın azad olunması da mahiyyət etibarilə öz başlanğıcını Heydər Əliyevin tarixi qayıdışından götürür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31