Avroparlamentari: Gürcüstanda "Gürcü arzusu"nun hakimiyyətidir, qanunun yox – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avroparlamentari Marketa Qreqorova "Interpressnews"a müsahibəsində Avropa Parlamentinin Gürcüstanla bağlı hazırladığı hesabatın ölkədəki demokratik geriləməyə görə son dərəcə tənqidi olduğunu bildirib. Qreqorova qeyd edib ki, Gürcüstanda qeyri-hökumət təşkilatlarına qarşı repressiyalar artıb, müstəqil medianın vəziyyəti isə kəskin pisləşib və onların əksəriyyəti ölkəni tərk etmək məcburiyyətində qalıb. Hazırkı vəziyyətdə Gürcüstanın Aİ-yə namizədlik statusuna layiq olmadığını vurğulayan avroparlamentari, ölkədə qanunun aliliyinin deyil, hakim partiyanın diktəsinin hökm sürdüyünü bəyan edib. Sülhsevər nümayişçilərə qarşı zorakılıq törədənlərə yönəlik hədəfli sanksiyaların tətbiq olunacağını bildirən Qreqorova, Macarıstandakı hökumət dəyişikliyindən sonra bu qərarların Viktor Orban tərəfindən bloklanmayacağına və Gürcüstan vətəndaşlarına kömək etmək üçün irəliləyişə nail olunacağına ümid etdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31