Azərbaycan və Slovakiya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub (VİDEO)

Slovakiyanın Xarici və Avropa İşləri Nazirliyinin (XİN) Avropa İttifaqı məsələləri üzrə dövlət katibi Marek Eştok və Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında keçirilən görüşdə Slovakiya-Azərbaycan ikitərəfli əməkdaşlığının genişləndirilməsi yollarını müzakirə edilib.

Bu barədə Marek Eştokun "X" sosial media hesabındakı paylaşımında bildirilib.

Dövlət katibinin sözlərinə görə, görüş çox müsbət əhval-ruhiyyədə keçib.

Qeyd edilib ki, bu, Hikmət Hacıyevin ötən ilin dekabr ayında Bratislavaya səfərindən sonra onunla ikinci görüşdür.

"Biz mövcud əməkdaşlığı və yeni layihələri müzakirə etməyə davam etdik", - deyə paylaşımda bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31