Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası uğurla davam etdirilir- ÖZƏL

"Azərbaycanın əldə etdiyi nailiyyətlərin təməlində Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs uğurla davam etdirilir və müasir dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Son illərdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində dövlətimizin iqtisadi qüdrəti əhəmiyyətli dərəcədə artmış, beynəlxalq nüfuzu yüksəlmiş, enerji və nəqliyyat sahələrində qlobal əhəmiyyətli layihələr reallaşdırılmışdır. Dövlətimizin müdafiə qabiliyyəti gücləndirilmiş, müasir ordu quruculuğu sahəsində mühüm uğurlar əldə edilmişdir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 2020-ci ilin Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə nəticəsində uzun illər işğal altında qalmış torpaqlarımız azad edilmiş, tarixi ədalət bərpa olunmuş və yeni reallıqlar formalaşmışdır. Məhz güclü dövlət quruculuğu, milli həmrəylik, müstəqil siyasət və güclü ordu konsepsiyası ölkəmizin qarşısında duran ən mühüm vəzifələrin uğurla yerinə yetirilməsinə şərait yaratmışdır. Postmüharibə dövründə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində mühüm addımlar atılmışdır. Bununla yanaşı, Qarabağda qanunsuz silahlı birləşmələrin mövcudluğu və separatçı fəaliyyətlərin davam etdirilməsi dövlət suverenliyinə təhdid yaratmaqda idi. 2023-cü ilin sentyabr ayında həyata keçirilən bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyi və ərazi bütövlyü tam təmin olunmuşdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31