Böyük Britaniyanın müdafiə naziri istefa verdi

Böyük Britaniyanın müdafiə naziri Con Hili istefa vermək qərarına gəlib.Bu barədə "Sky News" telekanalı məlumat yayıb.Siyasətçi sosial şəbəkə hesablarında məktub dərc edib. O, bu məktubu "heç vaxt yazacağını gözləmədiyini" bildirib.Nəşrin müəllifləri yazır ki, hərbi qurumun rəhbərinin istefası ölkənin müdafiə sahəsinə investisiya planının hələ də həyata keçirilmədiyi bir vaxta təsadüf edib. Beləliklə, Hilinin istefası ordunun maliyyələşdirilməsi ilə bağlı əsas vədlərin yerinə yetirilməməsi ilə əlaqəli ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31