BMT: İrandakı müharibə milyonlarla insanı aclığa sürükləyə bilər
12:28 Siyasətİranda müharibənin uzanması dünyanın ən həssas və yoxsul əhali qruplarına ciddi təsir göstərə bilər.Sfera.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) icraçı rəhbəri Karl Skau CNN telekanalına açıqlamasında bildirib.Onun sözlərinə görə, ABŞ və İran arasında yaranan gərginlik fonunda Hörmüz boğazında nəqliyyatın məhdudlaşması yanacaq qiymətlərinin artmasına səbəb olub. Bu isə dünyanın müxtəlif ölkələrində aclıqla mübarizə və humanitar yardım əməliyyatlarının xərclərini yüksəldib."Bir çox bölgələrdə artıq bir qrup ac insandan yardımı götürüb digər ac insanlara verməyə məcbur oluruq",- deyə Karl Skau vurğulayıb.BMT-nin qiymətləndirməsinə görə, ötən il dünyada təxminən 266 milyon insan aclıqdan əziyyət çəkib. Proqnozlara əsasən, 2026-cı ildə qida çatışmazlığından əziyyət çəkənlərin sayı daha 363 milyon nəfər arta bilər. Onlardan təxminən 45 milyonunun Yaxın Şərqdəki müharibənin nəticələrindən təsirlənəcəyi gözlənilir.Hazırda ən ağır vəziyyətin Əfqanıstan, Somali və Şri-Lankada yaşandığı bildirilir. Problemi daha da dərinləşdirən amillərdən biri isə humanitar missiyaların maliyyələşdirilməsinin azalmasıdır. Məlumata görə, ən böyük donor ölkə olan ABŞ-nin bu sahəyə ayırdığı vəsait son dövrdə təxminən 40 faiz azalıb.Ekspertlər hesab edirlər ki, İrandakı müharibənin uzanması qlobal ərzaq böhranı riskini artırır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş iqtisadçısı Maksimo Toreronun sözlərinə görə, xüsusilə inkişaf etməkdə olan ölkələr bu vəziyyətdən daha çox zərər görə bilər.