Milli Qurtuluş Günü xalqın öz liderinə olan etimadının təntənəsidir-

"Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Milli Qurtuluşun yaratdığı möhkəm siyasi, iqtisadi və dövlətçilik təməlinin ən parlaq təzahürlərindən biridir. Uzun illər işğal altında qalmış ərazilərimizdə hazırda misli görünməmiş quruculuq prosesi həyata keçirilir. Vaxtilə viran qoyulmuş şəhər və kəndlər yenidən qurulur, ən müasir standartlara cavab verən yaşayış məntəqələri salınır, geniş avtomobil və dəmir yolu şəbəkələri yaradılır, enerji, rabitə və kommunal infrastruktur yenidən formalaşdırılır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının istifadəyə verilməsi, yeni elektrik stansiyalarının qurulması, su təsərrüfatı və digər mühüm infrastruktur layihələrinin icrası həmin ərazilərin qısa müddətdə regionun inkişaf mərkəzlərindən birinə çevriləcəyinin göstəricisidir. Dövlət tərəfindən həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına mərhələli şəkildə qayıdışı təmin edilir, onlar üçün müasir yaşayış şəraiti yaradılır, məşğulluq və sosial təminat məsələləri diqqət mərkəzində saxlanılır. Qarabağ və Şərqi Zəngəzurun yenidən dirçəldilməsi təkcə iqtisadi layihə deyil, həm də tarixi ədalətin bərpası, milli qürurun təntənəsi və dövlətimizin qüdrətinin nümayişidir. Milli Qurtuluşdan başlanan inkişaf yolu bu gün ölkəmizi yeni nailiyyətlərə aparır və gələcək nəsillər üçün daha güclü dövlət formalaşdırır.

Milli Qurtuluş Günü xalqın öz liderinə olan etimadının, milli birliyin, həmrəyliyin və sarsılmaz dövlətçilik iradəsinin təntənəsidir. Bu əlamətdar tarix sübut etdi ki, xalq və lider birliyi mövcud olduqda ən ağır siyasi-iqtisadi və hərbi sınaqların öhdəsindən uğurla gəlmək mümkündür. Müstəqilliyin ilk illərində dövlətçiliyimizin üzləşdiyi təhlükələr, ölkədə hökm sürən xaos və qeyri-sabitlik məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və xalqın ona olan sonsuz inamı sayəsində aradan qaldırıldı. Məhz həmin dövrdə əsası qoyulan inkişaf strategiyası sonrakı illərdə dövlətimizin hərtərəfli yüksəlişini təmin etdi, ölkəmizi regionun aparıcı dövlətlərindən birinə çevirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31