Ulu Öndərin milli kadrların hazırlanmasında müstəsna xidmətləri olub- ÖZƏL
10:39 Siyasət"Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə milli kadrların hazırlanması və həyata keçirilən islahatlar Azərbaycanın gələcək müstəqilliyinə hesablanmış strateji addımlar olub. Həmin dövrdə ölkənin iqtisadi potensialı əhəmiyyətli dərəcədə güclənib və mühüm nailiyyətlər əldə edilib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib: "15 İyun - Milli Qurtuluş Gününün Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi yer tutur. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasına, siyasi və iqtisadi inkişafın əsaslarının yaradılmasına imkan verib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, iqtisadi inkişafının sürətlənməsinə və qlobal rəqabət qabiliyyətinin artmasına mühüm töhfə verir. Hazırda onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında xüsusi rolu oynayır, öz liderlik missiyasını uğurla davam etdirir".