Ulu Öndər ikinci dəfə hakimiyyətə gəlişi ilə dövlətçilik tarixində yeni səhifə açdı- ÖZƏL
10:25 Siyasət"Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlər göstərib. Heydər Əliyev SSRİ dövründə həm Azərbaycana rəhbərlik edərkən, həm də Moskvada yüksək vəzifədə çalışarkən daim xalqımızın rifahı, respublikamızın inkişafı üçün böyük işlər görüb". "Olaylar" xəbər verir ki, bunu Milli Elmlər Akademiyasının müxbir üzvü Novruz Quliyev deyib: "Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə xalqımızı bir çox bəlalardan qurtarmaqla bərabər, Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açdı. Bu qayıdış ölkədə sabitliyin bərqərar olması və iqtisadi-siyasi inkişafın təmin edilməsi baxımından əhəmiyyətli dönüş nöqtəsi kimi yadda qalıb. Heydər Əliyevin liderliyi ilə Azərbaycan müstəqilliyini möhkəmləndirib, dövlət institutlarını gücləndirib və beynəlxalq aləmdə nüfuzunu artırıb. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan həm daxili, həm də xarici siyasətdə mühüm nailiyyətlər əldə edib. Ulu Öndərin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı zirvələrə yüksəldib".