Azərbaycan və Yaponiya XİN rəhbərləri görüşdü
15:31 SiyasətAzərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tokioya səfəri çərçivəsində yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN-in məlumatına görə, səfər Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Qeyd olunub ki, tərəflər iki ölkə arasında əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31