[Orta Dəhlizdən təhlükəsizlik arxitekturasına: Üçtərəfli formatın artan əhəmiyyəti- ÖZƏL

8 iyun tarixində İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində Ceyhun Bayramov və Hakan Fidan arasında ayrıca görüş keçirilən görüşdə Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri, regional əməkdaşlığı, təhlükəsizlik məsələləri və üçtərəfli formatın əhəmiyyəti müzakirə olunub.  Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu, enerji və nəqliyyat layihələrinin inkişafı xüsusi vurğulanıb.

Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" Adı çəkilən dövlətlərin region ətrafında yeni geosiyası güc mərkəzinin formalaşdırılması ilə bağlı iddiaları yoxdur, bu dövlətlər müxtəlif məzmunlu və əhəmiyyətli infrastuktur və enerji layihələri ətrafında qarşılıqlı maraqlara söykənən razılaşmalara rəğmən əməkdaşlıq edirlər və bu əməkdaşlıq region və ətrafına iri kapitalın, invenstisiyaların yatırımı ilə bağlı genişlənməkdə olan proseslərə müsbət təsir edir və müvafiq olaraq regionda dayanıqlı sabitlik və təhlükəsizliyin təmin edilməsi, koordinasiya edilmiş addımların atılması zərurətini doğurur, zira böyük pullar sabitlik və təhlükəsizlik mühitinə etimad edir.
Azərbaycan-Gürcüstan və Türkiyəni enerji, infrastruktur, loqistika sahələri ilə bağlı birgə maraqları var, bəlli maraqlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi zərurəti isə regionda geosiyasi maraqları olan güc mərkəzləri ilə də qarşılıqlı inam və etimada əsalanan münasibətləri gündəmdə saxlamaq, onları daha da, genişləndirmək ehtiyacını doğurur. Əks qütblərdə yer almış geosiyasi güc mərkəzləri ilə münasibətləri təhlükəsizlik maraqlarına söykənən müstəvi üzərində qoruyub saxlamaq isə tərəflərdən yüksək diplomatik bacarıq və məharət tələb edir, geosiyasi güc mərkəzlərindən hər hansı biri ilə münasibətləri genişləndirmək istəyi dərhal qarşı tərəfdə qıcıq və narazılıq doğurur, ona görə də, region dövlətləri dəfələrlə ən yüksək səviyyələrdə qeyd ediblər ki, onların arasında bəlli enerji, infrastruktur və ya loqistika sahələrindəki əməkdaşlığ üçüncü bir tərəfə qarşı yönəlməyib, Orta dəhliz və onun reallaşdırılması üçün gedən danışıqlarda biz dəfələrlə belə halların yaşandığının şahidi olmuşuq, uzun müddət Rusiya və İran, dolayısı yolla olsa da  Çin təmkinlə, region dövlətlərinin suveren hüquqlarına hörmət və daxili işlərinə müdaxilə etmək istəklərinin olmaması hallarını xatırlatmaqla dəhlizlər ətrafında gedən danışıqlarda geosiyasi  məqamların olduğunu region dövlərlərinin siyasi elitalarına xatırlatmışlar.
Ermənistanda keçirilmiş son parlament seçkilərində əldə edilmiş nəticələr Cənubi Qafqaz dövlətləri arasında bəlli marşurutlar və layihələr ətrafında əməkdaşlıq imkanlarının yeni perspektivlərini müəyyənləşdirməklə regionun təhlükəsizlik problemlərinin həllinə, infrastuktur və eneji layihələri ətrafında əməkdaşlığın genişləndirilməsinə müsbət təsir vasitələri vəd edir. Bu əməkdaşlığa geosiyasi güc mərkəzlərinin maraqları regionun təhlükəsizlik arxitekturası ətrafında tərəflər arasında danışıqların və ya qarşıdurmanın növbəti raundunun başlanmasına ciddi təsir göstərəcək.
İki əsrdən bəri region dövləti, daha dəqiq desək bölgədə nüfuz sahibi olan Rusiyanın Qərbdəki qlobalist dairələrin dəstəyi ilə regionun siyasi elitalarında qərarlaşmış qüvvələrin iştirakı ilə regiondan uzaqlaşdırmaq cəhdləri region ətrafı təhlükəsizlik proseslərinə təsirsiz ötüşmür.
Rusiya əvvəlik kimi 3+3 formatında əməkdaşlığın tərəfdarıdır, bu format regiondan kənar 3-cü qüvvələrin region daxili problemlərin həllində iştirakını məqbul bilmir. Bu format Gürcüstan istisna olmaqla bütün region dövlətləri tərəfindən qəbul edilir və müdafiə olunur, İran və Türkiyə daxiı olmaq şərtilə. Xatırlatmaq yerinə düşər ki, bu günlərdə Rusiyanın şimal paytaxtı olan Peterburqda keçirilmiş beynəlxalq iqtisadi forum çərçivəsində də rəsmi Tiflis istisna olmaqla digər region dövlətləri bölgə ətrafında təhlükəsizlik problemlərinin məhz bu format çərçivəsində nizamlanmasının tərəfdarı olduqlarını bir daha bildirmişlər. Lakin, Ermənistanda Qərbpərəst mövqeyini gizlətməyən Paşinyanın qələbəsindən sonra region dövlətlərinin bölgə ətrafında digər regional layihələr ətrafında əməkdaşlığa maraqlarının artacağı da gözləniləndir. Rəsmi Brusel və Vaşinqtonun dəstəyi ilə bəlli layihələr ətrafında əməkdaşlığın daha da genişlənəcəyi birmənalıdır, lakin, bu heç də, regionun yaxın perspektivdə Avropaya uğurla inteqrasiya olunacağı anlamında da, qəbul olunmamalıdır.Azərbaycan istisna olunmaqla regionun digər dövlətləri Rusiya ilə münasibətlərdə enerji asılılığının yaratdığı problemlərdən  yaxın perspektivdə qurtula bilməyəcəklər, bu isə region ətrafında geosiyasi qarşıdurmanın növbəti mərhələsinə keçidi qaçılmaz edəcək".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31