Aİ 15 iyunda Rusiyaya qarşı "mini-paket" sanksiyalarını qəbul etmək niyyətindədir- ÖZƏL

Avropa İttifaqı 15 iyunda Rusiyaya qarşı "mini sanksiyalar paketi" qəbul etmək niyyətindədir. Olaylar.az xəbər verir ki, EUobserver-in məlumatına görə, bu paketə müdafiə və enerji sektorlarında çalışan səkkiz şəxs və 46 təşkilat daxil olacaq .
Onun sözlərinə görə, göstərilən əlavə tədbirlər paketi Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçiriləcək görüşü zamanı qəbul ediləcək.
Daha əvvəl Avropa diplomatiyasının rəhbəri Kaya Kallas gələn həftə Xarici İşlər Şurasının "Rusiyanın kölgə donanmasına, hərbi-sənaye kompleksinə, insan haqlarını pozanlara və təbliğatçılara" qarşı məhdudiyyətlər barədə qərar verəcəyini açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31