Aİ Rusiya İdman Nazirliyinin və Rusiya Olimpiya Komitəsinin rəhbərliyinə qarşı sanksiyalar tətbiq edə bilər- ÖZƏL

Aİ yeni 21-ci paketin bir hissəsi olaraq Rusiyanın idman naziri Mixail Deqtyarevə və Rusiya Olimpiya Komitəsinin (ROC) rəhbəri Stanislav Pozdnyakova qarşı sanksiyalar tətbiq edə bilər. Olaylar.az xəbər verir ki, bu barədə EUobserver saytın əldə etdiyi layihə sənədinə istinadən məlumat yayıb. Bundan əlavə, onun sözlərinə görə, Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşviliyə qarşı sanksiyalar tətbiq oluna bilər.
İyunun 9-da Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen əsasən neft ixracına və Rusiya bank sisteminə yönəlmiş 21-ci Rusiya əleyhinə sanksiya paketini təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31