“Azərbaycan Biznesinin İnkişafı Fondu” ilə bağlı qərar verildi
10 İyun 12:48 SiyasətNazirlər Kabineti "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, "Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyəti İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31