Aİ Gürcüstandan Rusiyaya qarşı sanksiyalar tələb edir- ÖZƏL
11:58 SiyasətAvropa İttifaqı Gürcüstanın Aİ ilə vizasız rejimi qoruması üçün Rusiyaya qarşı sanksiyalara qoşulmasını istəyir. Olaylar.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Brüssel Tbilisidən Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi və Aİ-nin viza siyasətinə uyğunlaşmağı tələb edir. Papuaşvili isə bunun ölkə iqtisadiyyatına zərər vuracağını deyərək, Gürcüstanın belə addım atmayacağını vurğulayıb.
Qeyd edək ki, iyunun 11-də Brüsseldə Aİ ilə Gürcüstan arasında vizasız rejim və bununla bağlı məsələlərə dair danışıqlar keçiriləcək. Bu, tərəflər arasında son illərdə baş tutan ilk belə görüş olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31