Ermənistanda tam yeni konstitusiya qəbulu nəzərdə tutulub- ÖZƏL

"Ermənistanda seçkilərdə N. Paşinyanın parlamentdə konstitusion çoxluğa nail ola bilməməsi yeni konstitusiya qəbul etmək üçün referendumun qəbul edilməsini çətinləşdirir. N. Paşinyanın partiyası 65 deputat yerə malikdir. Referendumun qəbulu üçün 71 səs lazımdır". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini Məhəmməd Əsədullazadə deyib: "Rusiya və müxalifət Həmin sülh müqaviləsinə maneə yaratmaq üçün əllərindən gələni etdilər. Ümumiyyətlə, N. Paşinyan tam yeni konustitusiya hazırlayıb. Yeni konustitusiya Müstəqillik Bəyannaməsinə istina etməyəcək. Baş nazir daima qüvvədə olan konustitusiyanı Ermənistan dövlətinin inkişafının qarşısında əngəl kimi qeyd edib. Həmçinin "Müstəqillik Bəyannaməsini" Ermənistan üçün faciəvi sənəd kimi xarakterizə edib. 
Məhz Ermənistanın yeni mərhələdə inkişafı üçün yeni konustitusiyanın lazım olduğunu vurğulayır. Hazırkı Ermənistan konustitusiyası keçmiş Qarabağ münaqişəsi fonunda yazılıb və revanşistlərin istəklərini, Ermənistanın digər ölkədən asılılığına səbəb olub. 
N. Paşinyan çalışacaq ki, yeni konstitusiya qəbul edilsin. Ümumiyyətlə, hazırkı Ermənistan konstitusiyasının mətnində dəyişikliklər nəzərdə tutulmur. Ümumiyyətlə, tam yeni konstitusiya yazılıb və onun qəbulu nəzərdə tutulur. Burada tam Azərbaycanla bağlı məsələ deyil. Azərbaycanla Yekun sülh müqaviləsinə gəldikdə isə, bu müqavilə bağlanacaq. Sülh müqaviləsi olmadan da Ermənistanla diplomatik əlaqələr mümkün ola bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31