Paşinyanın seçki qələbəsi: Ermənistanın xarici siyasətdə yeni "şaxələndirmə" kursu – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərindən sonra Baş nazir Nikol Paşinyan praqmatizmə əsaslanan "xarici siyasətin şaxələndirilməsi" kursunu elan edib. Ölkənin Rusiya ilə tərəfdaşlıqdan imtina etməyəcəyini və Avrasiya İqtisadi İttifaqında qalacağını bildirən Paşinyan, eyni zamanda Azərbaycanla sülh müqaviləsi imzalamaq və hazırda "Tramp körpüsü" adlandırılan Zəngəzur dəhlizi layihəsinə yaşıl işıq yandırmaq niyyətindədir. Bu çərçivədə ABŞ, Avropa İttifaqı və hətta layihəyə etiraz edən İran Paşinyanı qələbə münasibətilə təbrik etsə də, Rusiya və Çin hələlik rəsmi təbrikdən çəkinir. 

Daxili siyasətdə isə Paşinyanın seçki rüşvəti alanlara qarşı kəskin addımlar tələb etməsi fonunda rusiyayönümlü hesab olunan müxalif "Çiçəklənən Ermənistan" partiyasının lideri, iş adamı Qagik Tsarukyana qarşı vergidən yayınma ittihamı ilə cinayət işi açılıb və onun ölkədən çıxışına qadağa qoyulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31