Peskov Putinin Trampı yubileyi münasibətilə təbrik edib-etməyəcəyini deməkdən imtina edib- ÖZƏL

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RTVI-yə verdiyi açıqlamada Rusiya lideri Vladimir Putinin amerikalı həmkarı Donald Trampı qarşıdan gələn ad günü münasibətilə təbrik edib-etməyəcəyi barədə məlumat verməkdən imtina edib.
Olaylar.az xəbər verir ki, Kremlin sözçüsü Putinin Trampa şəxsən zəng etməyi və ya təbrik teleqramı göndərməyi planlaşdırıb-planlaşdırmadığı ilə bağlı suala cavab olaraq bildirib ki, "Rusiyanın gündəmində hələ çox şey var".

Qeyd edək ki, Donald Tramp 14 iyunda 80 yaşını qeyd edəcək. Amerika liderinin sonuncu ad günündə Putin onu telefon danışığı zamanı təbrik edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31