Müxalifət: ABŞ Gürcüstanı “Arzu” rejiminin əlində düşmən ölkələrin plasdarmı kimi görür – ÖZƏL
10:38 SiyasətOlaylar.az xəbər verir ki, "Lelo - Güclü Gürcüstan" koalisiyasının xarici siyasət katibi Qriqol Geqeliya ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi son aktı şərh edərək bildirib ki, Vaşinqton "Gürcü arzusu" hökumətinin rəhbərliyi altında ölkənin Rusiya və Çin kəşfiyyatının plasdarmına çevrildiyini dərk edir. Sənəd ABŞ Dövlət Departamenti, kəşfiyyat və müdafiə qurumlarına Gürcüstandakı xarici təhdidlərlə bağlı məxfi hesabat hazırlamaq, həmçinin Tbilisiyə qarşı hərbi və ticarət əlaqələrini yenidən nəzərdən keçirəcək 5 illik strategiya formalaşdırmaq öhdəliyi qoyur.
Geqeliyanın sözlərinə görə, hər iki partiyanın dəstəklədiyi bu akt, ABŞ-nin Anakliya limanı və Orta Dəhliz layihələrinə strateji marağının, eyni zamanda mövcud rejimin yaratdığı təhlükəsizlik risklərindən duyduğu ciddi narahatlığın rəsmi sübutudur.