Zaxarova: Ermənistan cəmiyyətində Rusiya və Avrasiya strukturları ilə əməkdaşlığa böyük maraq var – ÖZƏL
10:19 SiyasətErmənistan cəmiyyətində Rusiya ilə münasibətlərin inkişafı və Avrasiya inteqrasiya birliklərində iştirakın davam etdirilməsinə dair ciddi tələbat mövcuddur.
Olaylar.az xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova "Sputnik" radiosunun efirində bildirib ki, boş vədlərdən fərqli olaraq, Avrasiya strukturları çərçivəsində tərəfdaşlıq Ermənistana real və nəzərəçarpan faydalar qazandırır. Diplomatın sözlərinə görə, ikitərəfli əlaqələrin dəstəklənməsi hər hansı siyasi manipulyasiyalara deyil, tərəfdaşlığın gətirdiyi praktiki nəticələrə əsaslanır və xalq bu uğurlu nəticələri görərək əməkdaşlığın daha da genişlənməsini müdafiə edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31