Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinə daha 30 tankerin daxil edilməsini təklif edib- ÖZƏL

Avropa Komissiyası Rusiyaya qarşı hazırlanmış 21-ci sanksiya paketinə daha 30 tankerin daxil edilməsini təklif edib.
Olaylar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen məlumat verib. Onun sözlərinə görə, yeni sanksiyalar paketində Rusiyanın neft daşımalarında istifadə etdiyi əlavə 30 tankerin məhdudiyyətlər siyahısına salınması nəzərdə tutulur. Eyni zamanda, Rusiya nefti üçün tətbiq olunan qiymət tavanının dəyişdirilmədən saxlanılması təklif edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31