Naxçıvanın Baş naziri yol fondunun vəsaitləri ilə bağlı qərar imzalayıb

"Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun vəsaitlərinin Naxçıvan Muxtar Respublikasında xərclənməsi qaydalarında dəyişiklik edilib.

Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq qərar imzalayıb.

Qərara əsasən, fondun hesabında ilin sonuna qalan, istifadə olunmamış vəsait vahid xəzinə hesabının sərbəst qalığına köçürüləcək.

Daha əvvəl isə fondun hesabında ilin sonuna qalan vəsait növbəti ildə onun gəlirlərinə daxil edilirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31