Pentaqon Hörmüz boğazı yaxınlığında ABŞ hərbi helikopterinin qəzaya uğraması ilə bağlı araşdırmaya başlayıb- ÖZƏL

ABŞ Müdafiə Nazirliyi Hörmüz boğazı yaxınlığında Amerika AH-64 Apache hücum helikopterinin qəzaya uğraması ilə bağlı araşdırmaya başlayıb. Olaylar.az xəbər verir ki, bu barədə əməliyyat ərazisinə əsasən Yaxın Şərq və Şimali Afrikanı əhatə edən ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yazılı açıqlamasında bildirilib.
Komandanlıq qeyd edib ki, "8 iyun tarixində ABŞ ordusuna məxsus AH-64 Apache helikopterinin iki ekipaj üzvü regional sularda patrul xidməti zamanı Oman sahillərində qəzaya uğradıqdan sonra Amerika qüvvələri tərəfindən xilas edilib. Hərbçilər qəzadan təxminən iki saat sonra xilas ediliblər və vəziyyətləri sabitdir. Hadisənin səbəbi araşdırılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31