Gürcüstan və Çin münasibətləri hərtərəfli strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyur – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi mətbuat konfransında ölkəsi ilə Çin arasında münasibətlərin yeni mərhələyə keçdiyini və bu barədə müvafiq sazişin imzalandığını bəyan edib. 

O, təxminən üç il əvvəl imzalanmış strateji tərəfdaşlıq sazişinin iki ölkə arasında siyasi və iqtisadi əlaqələri xeyli dərinləşdirdiyini, vizasız rejimin tətbiqinə, birbaşa və yeni aviareyslərin açılmasına, həmçinin ticarət dövriyyəsinin artmasına şərait yaratdığını vurğulayıb. 

Kobaxidzenin sözlərinə görə, bu gün rəsmiləşən yeni "hərtərəfli strateji tərəfdaşlıq" mərhələsi Gürcüstan-Çin münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından daha böyük və effektiv nəticələr verəcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31