Seçki nəticələri Konstitusiya Məhkəməsinə çıxarılır: “Ermənistan” blokundan etiraz- ÖZƏL

Ermənistanda parlament seçkilərində iştirak edən "Ermənistan" bloku səsvermənin nəticələrindən Konstitusiya Məhkəməsinə şikayət etməyə hazırlaşır.
Olaylar.az xəbər verir ki, seçkilərin yekun nəticələri ilə bağlı hüquqi prosedurlardan istifadə ediləcək və məsələ Konstitusiya Məhkəməsinə çıxarılacaq.
Blok nümayəndəsi şikayətin detalları barədə əlavə məlumat verməsə də, seçkilərin nəticələrinin məhkəmə qaydasında mübahisələndirilməsi niyyətində olduqlarını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31