Əldə edilən uğurların təməlində Heydər Əliyevin inkişaf strategiyası dayanır- ÖZƏL

"1993-cü ilin 15 iyun tarixi Azərbaycan dövlətçiliyinin xilası, müstəqilliyimizin qorunması və ölkənin gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir". "Olaylar" xəbər verir ki, bunu YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev deyib: "Xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə hökm sürən siyasi böhranın, xaos və anarxiyanın aradan qaldırılmasına, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və sabitliyin bərpasına imkan yaradıb.
Müasir Azərbaycanın əldə etdiyi uğurların təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs uğurla davam etdirilir, ölkəmizin beynəlxalq nüfuzu daha da artır, dövlətimizin gücü möhkəmlənir. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə ölkəmizin suverenliyinin tam bərpası Heydər Əliyev ideyalarının və dövlətçilik siyasətinin uğurlu nəticəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31