Kobaxidze: İvanişvili Gürcüstanda demokratiyanın möhkəmlənməsində xüsusi rol oynayıb ÖZƏL
11:29 SiyasətGürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Bidzina İvanişvilinin Gürcüstanda dövlətçiliyin, demokratiyanın və insan hüquqlarının möhkəmləndirilməsində rolu tamamilə müstəsnadır. Olaylar.az xəbər verir ki, hökumət başçısının sözlərinə görə, İvanişvili "siyasətin böyük ustasıdır" və onun siyasi çəkisi yüksək intellekti ilə vətənpərvərliyinə əsaslanır. Kobaxidze qeyd edib ki, 2012-ci ildə İvanişvili hakimiyyətdə olan qüvvələri dinc və demokratik yolla kənarlaşdıraraq ölkədə insan hüquqlarına əsaslanan idarəetmənin formalaşmasına nail olub.
Baş nazir həmçinin bildirib ki, xarici qüvvələr və onların yerli tərəfdarları tərəfindən ən çox hədəf alınan şəxslərdən biri məhz İvanişvilidir. Onun fikrincə, müxalifətin hakimiyyəti "İvanişvili rejimi" kimi təqdim etmək cəhdləri 2012-ci ildən Gürcüstanda formalaşan demokratik sistemi avtoritar kimi göstərməyə yönəlib. Kobaxidze vurğulayıb ki, İvanişvilinin fəaliyyəti ölkənin müstəqilliyinin və demokratik inkişafının güclənməsinə xidmət edib.