Türkiyə-Ermənistan sərhədinin açılacağı dəqiq tarix məlum deyil – ÖZƏL
11:07 SiyasətOlaylar.az xəbər verir ki, Türkiyə hökumətindəki mənbənin "RİA Novosti"yə verdiyi məlumata görə, Ermənistanla sərhədin açılması üçün hələlik konkret müddət təyin olunmayıb və növbəti addımlar iki ölkə arasındakı normallaşma prosesinin gedişatından asılı olacaq. Türkiyə XİN-in rəsmisi Öncü Keçəli tərəflərin mayın ortalarında birbaşa ticarətin başlanması üçün hazırlıq işlərini tamamladığını bildirsə də, diplomatik münasibətləri olmayan və 1993-cü ildən bəri qapalı qalan sərhədin rəsmi açılış tarixi hələ də qeyri-müəyyəndir. Rəsmi Ankara regionda sabitliyin möhkəmlənməsinə xidmət edəcək konstruktiv danışıqların davam etdirilməsinə ümid edir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31