Ermənistan parlamentində hansı partiyalar təmsil olunacaq?- ÖZƏL
15:57 Siyasət"Ermənistanın seçki sistemində seçki baryerini keçməyən partiyaların səsləri parlamentə düşən partiyalar arasında topladıqları səslərə nisbəti əsas götürərək bölüşdürülür. Nəticədə baryerdən aşağı qalan partiyalara verilmiş səslər baryeri aşan siyasi qüvvələr arasında bölüşdürülür". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: " Seçkilərin nəticələrinə əsasən 3 partiya parlamentdə olacaq:
-Vətəndaş Müqaviləsi - 49,81%
-Güclü Ermənistan - 23,29%
-Ermənistan Alyansı - 9,9%
Məğlub partiyalara verilən səsləri qaliblər arasında böldükdə təxminən aşağıdakı mənzərə yaranır:
Vətəndaş Müqaviləsi: 49,81 / 83 ≈ 60,0%
Güclü Ermənistan: 23,29 / 83 ≈ 28,1%
Ermənistan Alyansı: 9,9 / 83 ≈ 11,9%
Burada 83% parlamentə daxil olan üç qüvvənin ümumi səsidir. Mandatlar Dchr("39")Hondt sistemi ilə məhz bu qüvvələr arasında bölüşdürülür.
Məhz buna görə Paşinyanın partiyası 49,8% səs toplasa belə, parlamentdə mandatların 55-60%-nə yaxın hissəsini əldə edə bilər.
Məsələnin digər tərəfi. Bununla yanaşı, Ermənistanda "sabit çoxluq" mexanizmi də mövcuddur. Əgər qalib partiya parlamentdə hökumət formalaşdırmaq üçün kifayət qədər mandat əldə etmirsə, ona əlavə mandatlar verilə bilər ki, parlamentdə ən azı 54% yerlə hökumət qura bilsin.
Bütün bunları nəzərə alaraq Paşinyan dünən gecədən elan edib ki, məhz o qalibdir".